Komitədə məcburi köçkünlərin qəbulu keçirilib

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. SİA-nın verdiyi məlumata görə, qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə