Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün YENİ RÜSUMLAR

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb. SİA-nın məlumatına görə, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən 18.65.5.1-ci maddədə “18” rəqəmi “25” rəqəmi ilə əvəz edilib. Bununla da sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 18 manatdan 25 manata qaldırılıb.

Qeydiyyat şəhadətnaməsinin verilməsi (18.65.7-ci maddə) üçün isə dövlət rüsumu hazırkı 17 manatdan 25 manata qaldırılıb.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, rüsumla bağlı qanuna edilən dəyişikliklər artıq rəsmi olaraq dərc edilib və bu gündən etibarən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə