Sabunçu-Zabrat yolunda tıxacın aradan qaldırılması üçün işlər davam edir FOTO

Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, bu çərçivədə artıq ərazidəki piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub.

Mövcud dayanacaq məntəqəsi köçürüldükdən sonra səkinin qalan hissəsi də məhəccərlənəcək. Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq.

Qeyd edək ki, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

Bu məqsədlə yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil edilir. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə