Sərhədçilər Fizuli rayonu sakininin həyatını xilas etdilər

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilib, müxtəlif problemlərin həllində dəstək verilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, 2018-ci ilin 15 iyul tarixində Fizuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub.

Belə ki, həmin tarixdə Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.

E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub.

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sancması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntə-qəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə