"Bakı Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransı üçün ideal məkandır"

"Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education- ISME) konfransları iki ildən bir müxtəlif ölkələrdə keçirilir. Bu dəfə konfrans üçün məkan qardaş Azərbaycan seçilib. Mən dünyanın hər yerindən 500-dən çox musiqi mütəxəssisinin qatıldığı bu tədbirə böyük ümidlər bəsləyirəm və əminəm ki, konfransın işi səmərəli olacaq."

Bu fikirləri ISME-nin 33-cü Dünya Konfransının sədri, Türkiyədəki Abant İzzet Baysal Universitetinin professoru Uğur Alpaqut jurnalistlərə müsahibəsində söyləyib.

O deyib: “Konfrans çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında ustad dərsləri, mühazirələr, təqdimatlar və görüşlər keçiriləcək. Müxtəlif ölkələrdən olan artistlərin iştirakı ilə konsertlər də planlaşdırılıb. Tədbirin bu dərəcədə yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə