XII Bakı Yay Enerji Məktəbində Ekologiya və Təbii Sərvətlər naziri çıxış edib

ADA universitetində təşkil edilən XII Bakı Yay Enerji Məktəbində “Qlobal iqlim dəyişməsinin Xəzər hövzəsinə təsiri” mövzusunda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 16 iyul 2018-ci il tarixində təqdimatla çıxış edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xədmətindən SİA-ya verilən məlumata görə, tədbirdə iqlim dəyişmələrinin səbəbləri, qlobal və regional təzahürləri, iqlim dəyişmələrinə təsirlərin azaldılmasına yönələn fəaliyyətlər və mümkün uyğunlaşma tədbirləri, eyni zamanda ölkənin Paris razılaşmasına dair milli öhdəliklərin yerinə yetirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Xatarladaq ki, XII Bakı Yay Enerji Məktəbi iyulun 9-da ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin, SOCAR və “BP Azerbaijan”nın dəstəyi ilə açılıb. Məktəbə bu il 12 ölkədən – ABŞ, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Niderland, İordaniya, İsrail və digər ölkələr olmaqla 35 iştirakçı cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə