Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi”nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilsinlər:

Həsənov Əli Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının təhsil naziri

Qarayev Əbülfəs Mürsəl oğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri

Rəhimov Azad Arif oğlu - Azərbaycan Respublikasının gənclər və idman naziri

Hüseynova Hicran Kamran qızı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 iyul tarixli 651 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 878) ləğv edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə