Bəhruz Quliyev: "Media davranışlarında diqqətli olmalıdır" AÇIQLAMA

"Media terrordan əziyyət çəkən ölkəni təmsil etdiyi üçün davranışlarında diqqətli olmalıdır". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Mətbuat Şurasında Gəncədə baş verən hadisələrin mediadan işıqlandırılması mövzusunda keçirilən tədbirdə "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib.

Baş redaktor bildirib ki, əgər biz xarici kəşfiyyat orqanlarının Azərbaycanda yalan məlumatlar tirajlamasına imkan yaradırıqsa, o zaman problem bizim özümüzdədir: "Niyə özümüzü qınamır, ittiham etmirik? Hətta Türkiyə kimi inkişaf etmiş bir ölkədə rəsmi informasiya dəqiqləşmə aparılana qədər gecikir. Qoy informasiya geciksin, nəinki bizi psixoloji terrora məruz qoysun. Bu gün Azərbaycanı Suriyanın vəziyyətinə salmaq istəyənlər var. Buna qətiyyən yol verməməli, terrora məruz qalan ölkənin media təmsilçiləri kimi çıxış etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə