Vüqar Səfərli: "Media vətəndaşları maarifləndirməkdə davam etməlidir"

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, "İlk günlər Gəncədə baş verənlərə müxtəlif ad qoyulsa da, sonradan iki polis zabitinin ölümü göstərdi ki, bu adi hadisə deyil". SİA-nın xəbərinə görə, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Mətbuat Şurasında "Gəncədə baş verənlərin mediada işıqlandırılması" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, ötən gün Sumqayıtda bu cür hadisənin qarşısı alındı: "Lakin bu o demək deyil ki, hadisələr bitib, davamı ola bilər. Hüquq mühafizə orqanları baş verənlərin qarşısının alınması istiqamətində səfərbər olub. Amma biz də ehtiyatlı olmalıyıq".

İcraçı direktor qeyd edib ki, hadisələr baş verdiyi ilk günlərdə hər kəs öz fərziyyəsini yaydı: "Xaricdən idarə olunan saytlarda da canlanma əmələ gəldi. Onlar müxtəlif çağırışlar edərək insanların fikirlərini yayındırmağa çalışdılar. Biz sevinirik ki, qəzetlər bu yola getmədilər. Amma saytlar bu işə diqqət və ehtiyatlı olmalı, insanları maarifləndirməyə davam etməliyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə