Qanunsuz yolla əldə edilən meşə materialı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Qəbələdə reyd keçirilib. ETSN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 15 iyulda Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb.

Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılır.

Qanun pozucusu barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon polis şöbəsinə göndəriləcək

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə