Yay tətilini daha ucuz harda keçirmək olar?

Bəzi ərəb ölkələri son zamanlar ucuz turpaketlər təklif etməyə başlayıb. Qiymətlər isə təxminən 5 ulduzlu otellərdə 700 manatdan başlayır. Yayın gəlişi ilə əksər insanlar istirahət üçün xarici ölkələrə üz tuturlar. Xüsusi ilə də qonşu Türkiyədə qidalanmada geniş seçim imkanları, qarşılanma və yola salma kimi xidmətləri turpaketə daxil olduğundan tələb çoxdur.

Artıq bir sıra avropa ölkələri və ərəb ölkələri də xidmət səviyyəsini dəyişərək müştərilərinə geniş seçimlər təklif edirlər.

Bəzi ərəb ölkələrində də son zamanlar ucuz turpaketlər təklif edilir. Qiymətlər isə təxminən 5 ulduzlu otellərdə 700 manatdan başlayır.

Avropa ölkələrində isə turxidmətləri 500-550 avrodan başlayır. Bura isə sadəcə bilet və oteldə səhər yeməyi daxildir. Turizm menecerləri deyir ki, Serbiya və Montenogro kimi turistik ölkələrə viza tələb etmədiyindən indi tələb daha çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə