Gəncə hadisələrində şübhəli bilinən 5 nəfər sərhəddi keçərkən yaxalanıblar

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci iliyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxs 1966-cı ildə anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.

Əliyev Akif İsmayıl oğlu

Bundan başqa xəbərdə bildirilir ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu da həbs ediliblər.

Əliyev Seymur Ceyhun oğlu

Qeyd edək ki, Əliyev Seymur Ceyhun oğlu 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə