Ağsuda baş verən yanğın bir sıra fəsadlar törədib

İyulun 12-də gündüz saat 14:35 radələrində Ağsu rayonunun Bico kəndinə yaxın ərazidə yanğın hadisəsi baş verib. Rayon fövqəladə hallar komissiyasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, biçilmiş taxıl sahələrindən başlayan yanğın şimal dağlıq ərazilərinə tərəf irəliləyib. Saat 17:30-dək 50 hektardan çox biçilmiş taxıl, quru ot və kol-kos sahələri yanıb.

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə