Müdafiə Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələr verilib SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Ayaz Binyət oğlu Həsənova

“general-mayor” hərbi rütbəsi

polkovnik Fazil Köçəri oğlu Ağalarova

polkovnik Məmməd Şəmil oğlu Eminova

polkovnik Elçin Xəzənağa oğlu Xəlilova

polkovnik Rauf Arif oğlu İsmayılova

polkovnik Namiq Qasım oğlu Poladova

polkovnik Mübariz Balağa oğlu Rzayevə

polkovnik Niyaməddin Məhərrəm oğlu Tağıyevə.

Bütün xəbərlər Facebook səhifəmizdə