“Bakı prosesi: Dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Bakı prosesi: Dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə DQİDK-in rəhbərliyi, Azərbaycan Prezidenti yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, Mədəniyyət Nazirliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri iştirak ediblər.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı xatırladıb ki, Prezident İlham Əliyevin ötən ilin noyabrında imzaladığı sərəncama əsasən, ölkədə “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd olunması istiqamətində müxtəlif tədbirlər keçirilib.

Sonra Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xarici ölkələrdə əməkaşlıq sektorunun müdiri Tamerlan Axundovun məruzəsi dinlənilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavavdlı, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və başqaları çıxış ediblər. Onlar çıxışlarında dini icmaların mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məsələsinə toxunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə