Diaspor gənclərinin I Yay Düşərgəsi təşkil edilir

Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan Azərbaycan əsilli gəncləri ölkəmizdə bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirmək niyyətindədir.

Komitədən SİA-ya verilən məlumata görə, həmin gənclər Komitənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə təşkil etdiyi diaspor gənclərinin I Yay düşərgəsində iştirak edərək görüşmək imkanı qazanacaqlar.

Düşərgədə iştirak üçün qeydiyyat davam edir. Düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil edilir və arzu edənlər sənədlərini iyunun 30-dək elektron qaydada təqdim etməlidir.

Diaspor gənclərinin I Yay düşərgəsində iştirak pulsuzdur.

İştirakçıların seçim meyarları və digər məlumatlarla Komitənin saytında tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...