Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışı olub

İyunun 23-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilmiş yeni inzibati binasının açılışında iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilmiş dördmərtəbəli bina yüzdən artıq inzibati və xidməti iş otaqları, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalından ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Ərazidə nəzarət buraxılış məntəqəsi, xüsusi avtomobil texnikası üçün saxlanc, yeməkxana tikilib, ağac və dekorativ gül kolları əkilib, asfalt örtüyü salınıb.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə