Oğuz rayonunda zəlzələ baş verib

İyunun 22-də Şəkidən 14 kilometr şərqdə - Oğuz rayonu ərazisində 3,3 bal gücündə zəlzələ baş verib. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:44:17-də qeydə alınıb.

Ocağı 6 kilometr dərinlikdə yerləşən zəlzələ 3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə