AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

Müzakirələrdən sonra bölmənin qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırovanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənovun isə institutun elmi katibi vəzifələrinə təyin olunmaları ilə bağlı Rəyast Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə, həmçinin filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, Leyla Bayramovanın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifələrinə təsdiq edilmələri ilə bağlı Rəyast Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə