Səhiyyə naziri vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə əlaqədar müraciətlərinin həllinə kömək göstərirlər. SİA-nın bölgə müxbiri xəbər verir ki, iyunun 22-də səhiyyə naziri Oqtay Şirəliyev Qusar Rayon Mərkəzi Xəstəxanasında şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarından olan sakinlərin müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb və onların bəziləri yerindəcə həll edilib. Müraciətlər vətəndaşların sağlamlığı, işlə təminatı və digər məsələlərlə bağlı olub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə