Azad Rəhimov zabitlərlə görüşüb

Bu gün gənclər və idman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə 2018-ci il 15-22 may tarixlərində Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, A.Rəhimov nazirliyin həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığını bildirərək Prezident İlham Əliyev tərəfindən imzalanan və müxtəlif illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”nda da məhz bu sahənin geniş bölmə olduğunu diqqətə çatdırıb.

Vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərdən danışarkən, nazir, “Şahinlər”, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”, “Hünər”, “Tarixin canlı səhifələri” və digərləri haqqında söz açaraq, onların hər birinin gənc nəslin sağlam və vətəninə sevgi hissi ilə yetişməsindəki oynadığı önəmli roldan bəhs edib.

Nazirliyin xətti ilə qazilərdən, ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin Türkiyəyə baş tutan səfərinin əhəmiyyətindən danışan A.Rəhimov orada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, Türkiyə Böyük Millət Məclisi, Türkiyə Müdafiə Nazirliyi və digər önəmli məkanlarda keçirilən görüşlərin önəmi haqqında söz açaraq, bu səpkili səfərlərin digər ölkələrdə də gerçəkləşməsinin mühüm tərəflərindən danışıb.

A.Rəhimov yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissinin daha da artırılması, onların tariximizi daha dərindən bilmələri üçün ölkəmizdə fəaliyyət göstərən orta və ali təhsil müəssələrində şagir və tələbələrlə qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüşlər keçirilməsi təklifini irəli ürərək, onun əhəmiyyəti haqqında da danışıb.

Sonda Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin üzvləri gənclər və idman nazirliyinə Türkiyəyə baş tutan səfərdə göstərilən dəstək, diqqət və qayğı üçün təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə