FAO fitosanitar yoxlama xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir

Bitki və bitkiçilik materiallarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə üç günlük təlim Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX), Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsinin (DGK) 30 müfəttişini bir araya gətirib.

SİA-nın məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi təlimin məqsədləri beynəlxalq standartlara cavab verən fitosanitar təftiş prosedurları üzrə milli potensialın gücləndirilməsi, Azərbaycanın karantin altında olan zərərverici siyahısı haqqında geniş məlumatların verilməsi və iştirakçılara spesifik zərərvericilərin və xəstəliklərin təsvir etməkdir.

Tədbir, Ümümdünya Ticarət Təşkilatının Standartlar və Ticarətin İnkişafı Qurumu (“Standards and Trade Development Facility”) tərəfindən maliyyələşdirilən və 2016-cı ilin fevral ayından icra edilən fitosanitar xidmətlərin gücləndirilməsi layihəsinin bir hissəsidir. Layihə üç istiqamətdə həyata keçirilir: idxal və ixrac edilən bitki və bitkiçiıik mallarının yoxlanılması və təftişi, eləcə də zərərvericilərin laboratoriya şəraitində diaqnostikası.

FAO oxşar təlimləri 2016-cı ilin iyun və 2017-ci ilin aprel aylarında da keçirib, və DFNX və DGK-nin müfəttişləri onlardan yararlanıb. Bu tədbirlər zərərvericilərin yayılması risklərinin azalmasına, ölkədə bitki sağlamlığının təmin edilməsinə və Azərbaycan bitkilərinin və bitkiçilik məhsullarının başqa ölkələrə daha geniş ixracının dəstəklənməsinə yardım göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...