Ağcabədi sakini iki həmkəndlisini bıçaqladı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub. SİA-nın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Zeynalov Asəf Adil oğlu yaşadığı evdə spirtli içki qəbul edərək qəsəbədə fəaliyyət göstərən kafenin qarşısına gəlib.

A.Zeynalov orada həmkəndlisi Əliyev Fuad Əsgər oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində A.Zeynalov cibində soyuq silah kimi gəzdirdiyi qatlanan bıçaqla F.Əliyevin qarın nayihəsinə daxilə nüfuz edən xəsarət yetirib. Hadisə nəticəsində A.Zeynalov onları aralamaq istəyən kənd sakini Allahverdiyev Elmir Sahib oğlunu da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb və hadisədə şübhəli bilinən A.Zeynalov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...