Göygöl və Daşkəsən rayonlarına dolu yağıb

Azərbaycanın şimal-qərb bölgəsinə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb. SİA-nın verdiyi məlumata görə, güclü küləklə müşaiyət oluna leysan xarakterli yağış bu gün saat 18.00 radələrində başlayıb.

Göygöl və Daşkəsən rayonlarına isə dolu yağıb. Rayona yağan dolu kənd təsərrüfatına və meyvə ağaclarına ciddi ziyan vurub.

Bundan əlavə Gədəbəy və Şəmkir rayonlarına yağan leysan yağışlar da, kənd təsərrüfatına ziyansız ötüşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə