Pasport, qeydiyyat və miqrasiya idarəsi bayram günlərində adi rejimdə çalışacaq

Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar 15-19 iyun tarixlərində qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri adi rejimdə işləyəcək. DİN-dən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 09:00-dan axşam saat 19:00-dək davam edəcək.

Qeyd edək ki, Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq 15-19 iyun tarixlərində ölkədə qeyri-iş günüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə