AMEA-da "Horizon-2020" proqramı çərçivəsində təlim keçirilir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Avropa Komissiyasının "Horizon-2020" proqramı üzrə yeni seçilmiş Milli Əlaqələndirici Şəxslər (MƏŞ) şəbəkəsi üçün praktiki təlimlərə start verilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, MƏŞ üçün təlim Avstriyanın İctimai İnnovasiya Mərkəzinin tədqiqat strategiyası və inkişaf üzrə baş mütəxəssisi Qorazd Veis tərəfindən keçirilir.

Təlim zamanı Azərbaycan alimlərinin proqram çərçivəsində fəal iştirakının təmini və təşviqi məqsədilə əlaqələndirici şəxslərin vəzifələri, fəaliyyət istiqamətləri və qabaqcıl Avropa ölkələrinin təcrübəsi haqqında ətraflı məlumat verilib. "Horizon-2020" proqramı üzrə növbəti mərhələ üçün MƏŞ-in iş planı müzakirə olunub.

Qeyd edək ki, təlim işini iyunun 15-də davam etdirəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə