Mənəvi Dəyərlərin Təbliği Fondu şəhid ailələrinə yardım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu Ramazan bayramı münasibətilə Masallı, Lənkəran, Şamaxı, Qobustan, Salyan, Şəki, Quba, Yevlax, Zaqatala və digər rayonlarda yaşayan ümumilikdə 66 şəhid ailəsinə ərzaq yardımı edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, bu məqsədlə keçirilmiş görüşlərdə həmin kateqoriyadan olan insanların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi və onlara hər cür qayğının göstərilməsidir.

Şəhid ailələrinin üzvləri daim dövlətin diqqət mərkəzində olduqlarını və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə