“Bakı Metropoliteni"nə yeni mətbuat katibi təyin edildi

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

SİA-nın xəbərinə görə, indiyədək həmin şöbədə rəis müavini işləyən Bəxtiyar Məmmədov rəis postuna təyinat alıb. Məlumata görə, o, 10 ildən çoxdur ki, Bakı metrosunda çalışır.

Qeyd edək ki, bundan əvvəl "Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayev olub.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə