AMEA-nın əməkdaşları üçün ərzaq yarmarkası təşkil edilib

AMEA-nın Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademiyanın əməkdaşları üçün yarmarka təşkil olunub. AMEA-dan SİA-ya verilən xəbərə görə, akademiya şəhərciyində təşkil olunan yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 30 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilir.

İki gün davam edəcək yarmarkada məhsullar bazar qiymətindən 30 faiz ucuz satılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə