“Azərbaycan gömrüyü: bu gün və sabahın çağırışları”

Jurnalistlər üçün seminar təşkil edilib

İyunun 13-də Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində jurnalistlər üçün “Azərbaycan Gömrüyü: bu gün və sabahın çağırışları” mövzusunda seminar təşkil edilib. SİA=-nın verdiyi məlumata görə, seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib ki, son dövrlər gömrük sahəsində müsbət dəyişikliklər baş verir. İnfrastrukturun yenilənməsi, islahatların aparılması, elektron xidmətə keçid, gömrük işində şəffaflığın artırılması görülən işlərə nümunədir.

S.Mehdiyev gömrük tarixindən bəhs edərək onun keçdiyi şərəfli yol barədə məlumat verib. DGK sədri gömrük fəaliyyətinin işıqlandırılmasında medianın rolunu xüsusi vurğulayıb, birgə əməkdaşlığın əhəmiyyətindən danışıb. Seminarda gömrüyün gördüyü işlər və gələcək planlar barədə jurnalistlərə məlumat veriləcək.

Qeyd edək ki, seminarda DGK-nın mütəxəssisləri gömrük nəzarətinin təşkili, gömrük sistemində informasiya texnologiyalarının tətbiqi, qanunvericilik, gömrük hüquqpozmaları və digər sahələrdə iştirakçılar qarşısında təqdimatlarla çıxış edəcək, onları maraqlandıran sualları cavablandıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...