“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək

28 may-Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Bu barədə SİA-ya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar mayın 29-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə