ETSN-in mətbuat katibi : "Qanunvericiliyi pozanlara qarşı sərt tədbirlər görüləcək"

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyi pozanlara qarşı sərt tədbirlər görəcək". SİA-nın məlumatına görə, bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova deyib.

İ.İbrahimova bildirib ki, ov mövsümünün açıq elan edilməsi o demək deyil ki, kim harada gəldi ov edə bilər: "Hər kəs bilməlidir ki, qoruq ərazilərində ov etmək qadağandır. Yəni ovçuluq sahəsində kimlərsə qanun pozuntularına yol verəcəksə, onlara qarşı qanun çərçivəsində ciddi və sərt mövqe nümayiş olunacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə