"Azərbaycanda orta hesabla 20-25 min ovçu var" RƏSMİ

"Azərbaycanda orta hesabla 20-25 min ovçu var". SİA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Azərbaycanda ovçuluq bileti Nazirlər Kabinetinin qərarına əsasən verilir: "Ovçuluq bileti təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi ovçuluq İttifaqı tərəfindən imtahan vasitəsilə verilir. Belə olan halda, hər iki qurum tərəfindən bilet verilən şəxslər də ovçu sayılır. Qanunvericilik dəyişməzdən əvvəl bəzi ovçular" Azərovçu" İctimai Birliyi tərəfindən biletlər alıb. Lakin o biletlər hazırda qüvvədə deyillər".

Onun sözlərinə görə, Azərbaycanda ovçu bileti iki il müddətində yararlıdır: "Bu müddət bitdikdən sonra ovçular biletlərini yeniliyə bilirlər".

H.Əlizadə qeyd edib ki, ovçuluq biletini əldə etmək üçün xüsusi test sualları hazırlanır: "Suallar ov silahından istifadə etmək, fauna, qanunvericilik və digər məsələləri əhatə edir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə