Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır DİQQƏT!

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 24 may axşam saatlarınadək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə