DSX-nin Xüsusi Məktəbi GİN-lə birgə estafet yarışları keçirib

22 may 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin, Gənclər və İdman Nazirliyinin Xəzər rayon idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş estafet yarışları keçirilib. SİA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılma tarixi haqqında ətraflı məlumat verilmiş və bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün müsəlman dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.

Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri də minnətdarlıq hissi ilə qeyd edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamə-tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi olaraq vurğulanmışdır.

Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan Xüsusi Məktəbin fəaliyyətə başlaması, formalaşması və onun zəruri tədris bazası ilə təchiz olunmasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı minnətdarlıqla qeyd olunmuşdur.

Rəsmi hissə başa çatdıqdan sonra müxtəlif estafet yarışları keçirilmiş, milli rəqslər, teatr tamaşalarından səhnəciklər nümayiş etdirilmiş və vətənpərvərlik ruhunda mahnılar ifa edilmişdir. Sonda estafet yarışının qalibləri təltifləndirilmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...