Dəllər stansiyasının baş yolları əsaslı təmir olunur FOTO

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, bu gündən etibarən Dəllər stansıyasının 2,2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 522 km dəmir yolu əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə