Bakı Şopinq Festivalında alış-verişlərinizdən geri qayıdacaq məbləği kartınıza alın!

Mayın 1-dən davam edən Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarını sevindirməyə davam edir. Geyim, elektronika, ətriyyat, mebel və s. sahələri əhatə edən festivalda alıcılar adi vaxtlardan daha aşağı qiymətə alış-veriş etməklə yanaşı xərclədikləri məbləğin ƏDV-sinin bir qismini də geri alırlar. Yaradılan bu şərait alış-veriş dövriyyəsini artırır və nəticə olaraq geri qaytarılan məbləğin əldə edilməsi zamanı banklarda sıralar yaranır.

Diqqətinizə çatdırırıq ki, alıcılar onlara qaytarılan məbləği nağd olmaqla yanaşı bank kartlarına da ala bilərlər. Məbləğ on gündən gec olmayaraq karta köçürülür.

Alıcılar xərclədikləri məbləğin ƏDV-sinin bir qismini bank kartlarına almaq istədikdə ƏDV köşkündə istəklərini bildirməli, bank və kart məlumatlarını elektron vergi fakturasının üzərində qeyd edib, vergi qutusuna atmalıdırlar.

Diqqət! Yalnız Əhmədlidəki Bravo Hipermarketində olan Kapital Bank filialında “cash by code” sistemi vasitəsilə pulunuzu nağd geri ala bilərsiniz. Necə? Çox asan! Alıcılar Şopinq Festival mağazalarında etdikləri alış-verişin ƏDV-sinin bir qismini geri alınması processində bankda “cash by code” sistemindən yararlanmaq istədiyini bildirir, və bu zaman, müştəriyə 8 rəqəmli kod verilir. Həmin kod ilə müştəri Kapital Bankın istənilən ATM-lərindən birində bu kodu daxil etməklə ona qayıdacaq məbləği nağd şəkildə əldə edir.

Bakı Şopinq Festivalının ƏDV köşklərinin ünvanları ilə festivalın rəsmi saytındakı keçid http://bakushopfest.com/edv-koshkleri/ vasitəsilə tanış ola bilərsiniz.

Müvəkkil bankların ünvanları və iş vaxtları ilə tanış olmaq üçün isə Festivalın rəsmi saytındakı http://bakushopfest.com/muvekkil-banklar/ keçidinə daxil olun.

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan “Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturasını) Sizin lotereya biletiniz olaraq uduşda lotereyada iştirak etməyinizə imkan verəcək.

Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə