Azay Quliyev bu gün seçicilərini qəbul edib

Milli Məclisin deputatı Azay Quliyev bu gün seçicilərini qəbul edib. Deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən məşğulluq, hüquq, əfv, əmlak məsələləri və digər mövzuları əhatə edib.

Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını qeyd edib.

Deputat bildirib ki, seçicilərin ona ünvanlanan müraciətlərini aidiyyatı qurumlara göndərməklə yanaşı həmçinin, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə