“Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri” Bilik Fondundan mühazir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.

Bilik Fondunun əməkdaşı Aynur Seyidova tələbə kollektivini salamladıqdan sonra Fondun “Azərbaycan Xalq Cumhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb, ədəbiyyatın insanların duyğularını təkmilləşdirdiyini, insanın onun vasitəsilə ətraf gerçəkliyi dərk etdiyini vurğulayıb.

Fonddan SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri” mövzusunda mühazirə söyləyib.

Mühazirəçi P.Məmmədli çıxışında bildirib ki, Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. Klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılıb, çağdaş ədəbi proses yetərincə dəyərləndirilib, ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülüb.

Peşə Təhsil Mərkəzinin direktor müavini Aybəniz Məmmədova əməkdaşlığa görə Bilik Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda Mərkəzdə təhsil alan gənclər arasında Bilik Fondunun “Cümhuriyyət tariximiz – qürurumuzdur” layihəsi çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda müsabiqə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə