Nazirlikdə tələbələrlə görüş keçirilib

22 May 2018-ci il tarixində “Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali məktəb tələbələrilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, “Biomüxtəliflik və 25 illik fəaliyyət” devizi altında təşkil olunan tədbirdə Nazirliyin Ekoloji təbliğat şöbəsi, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin əməkdaşları ilə yanaşı, Nazirlikdə yeni yaradılmış Gənclər Şurasının üzvləri də iştirak ediblər. Nümayəndələr Bioloji müxtəliflik üzrə Konvensiyanın əhəmiyyəti, Azərbaycan Respublikasının Beynəlxalq Konvensiyaya qoşulduqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı istiqamətində Nazirlik tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Daha sonra tələbələrin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Beynəlxalq Konvensiyaya 2000-ci ildə qoşulub və ETSN yarandıqddan sonra milli parklar yaradılmağa başanılıb: 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə Göygöl, 2012-ci ildə isə Samur-Yalama Milli Parkları yaradılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə