Bakı Dairəvi və Bakı-Quba yolunda təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunun 0-14 km-də, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-16 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən avtomobil yollarında hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə