İsveçrə səfiri: "Naxçıvan bütün sahələrdə böyük irəliləyiş əldə edib"

Naxçıvan Muxtar Respublikasının çox gözəl təbiəti, gülərüz və qonaqpərvər insanları var və bu qədim diyar böyük turizm potensialına malikdir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan İsveçin ölkəmizdəki səfiri xanım İnqrid Tersman deyib.

“Səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası və buradakı istehsalat müəssisələri ilə tanış olmaqdır. Muxtar respublikada bir sıra görüşlər keçirdim, təhsil və mədəniyyət müəssisələrində oldum. Səfər zamanı bu qədim diyarın iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyişə nail olduğuna şahidlik etdim”, – deyən İnqrid Tersman vurğulayıb ki, muxtar respublikanın bu nailiyyətləri gələcəkdə də davam etdirməsi üçün güclü potensialı var.

Səfir qeyd edib ki, hazırda İsveç hökumətinin Azərbaycan vətəndaşları olan tələbələr üçün təqaüd proqramı həyata keçirilir. Bu təqaüd proqramından naxçıvanlı tələbələr də yararlanıb İsveçdə təhsil ala bilərlər.

“Naxçıvan Muxtar Respublikası ilə İsveç arasında mədəniyyət sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçiriləcək və gələcəkdə ola bilər ki, teatr, musiqi və film nümayişi sahəsində birgə layihələr reallaşdırılsın”, - deyə İnqrid Tersman bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...