Ticarət mərkəzindən oğurluq edən iki nəfər tutulub

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər qısa müddətdə müəyyənləşdirilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum edilmiş Seymur Rzayev və Vahid Cəfərzadə olduqları müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə