“Ən yaxşı topoqraf” FOTOLAR

2018-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib. SİA-nın verdiyi məlumata görə, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə görə fərqlənən hərbi qulluqçulara Müdafiə naziri adından mükafatlar təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə