Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib

Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib. SİA-nın verdiyi məlumata görə, Penitensiar Xidmətin bir müddət əvvəl təqaüdə göndərilən rəis müavini Hüseyn Əlixanovun yerinə Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağaəli Xəlilov təyin edilib.

Qeyd edək ki, A.Xəlilov uzun müddət daxili işlər orqanlarında işləyib, Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 2016-cı ildən Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi kimi çalışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə