Yaşıllıqların mühafizəsi ilə bağlı qaydalar dəyişdi

Azərbaycanda yaşıllıqların mühafizəsi haqqında qanuna dəyişikliklər edilib. SİA-nın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydası təsdiq edilib.

Qaydalara əsasən, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatlar toplanacaq. Həmçinin yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin ediləcək.

Məqsəd yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olmaqdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə