Azərbaycanda Ramazan ayının I günüdür

Bu gün Azərbaycanda Ramazan ayı başlayır. SİA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazan ayı münasibətilə verdiyi fətvada bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edir və Ay göründüyü andan Ramazani-şərif başlayır.

Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

QMİ hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Eydül-Fitr - Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək.

Qeyd edək ki, Ramazan bayramı dövlət səviyyəsində və qeyri-rəsmi iş günü kimi qeyd olunur.

Xatırladaq ki, Azərbaycanda bu gün üçün iftar saatı 20:07-dir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə