Kənd təsərrüfatı naziri Yevlaxda bölgə vətəndaşları ilə görüşəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 18-də Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə