Xaçmazlı gənclər Heydər Əliyev irsini həvəslə öyrənirlər

YAP Xaçmaz rayon təşkilatı Xaçmaz rayon təhsil şöbəsi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş məktəbli gənclər arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirib.

Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Ümummili Lider Heydər Əliyevin təhsilə, gənclərə olan qayğısından danışaraq, bu gün Onun siyasi kursunu uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı Cənab İlham Əliyevin müasir dövrün tələblərinə uyğun formada həyata keçirildiyi layihələri, islahatları diqqətə çatdırıb. Elm və təhsilə, gənclərin inkişafına daim diqqət göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük əməli fəapliyyətini vurğulayıb.

Qeyd olunub ki, uzun müddətdir ki, YAP Xaçmaz rayon təşkilatı ilə rayon təhsil şöbəsi birgə "Ən yaxşı təqdimat" layihəsini keçirir. Bu, Ulu Öndər Heydər Əliyev irsinin gənclər arasında təbliği, yayılması və gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması məqsədi daşıyır.

Tədbirdə rayon təhsil şöbəsinin müdiri, YAP Xaçmaz rayon təşkilatının idarə heyətinin üzvü Mədinə Nurməmmədova, Xaçmaz rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP Xaçmaz rayon təşkilatının şura üzvü İlhamə Nəzərova çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclərə, təhsilə qayğısından, Cənab İlham Əliyevin bu sahəyə diqqətindən danışıblar.

Sonra tədbirdə birinci yer tutmuş Jalə Səfərəliyevanın təqdimatı dinlənilib.

Tədbirdə 700 bal toplamış Rəcəbova Jalə Süleyman qızını təbrik edərək, ona uğurlar arzulayıblar.

Yekunda qaliblər qiymətli hədiyyə və diplomla təltif olunublar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə