AXC-nin 100 illik yubileyinə həsr edilən sərgi açılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 25 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən AMEA Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər təşkil edilir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Bölmənin Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar açılan sərgi də bu istiqamətdə növbəti tədbirlərdən biridir.

“Azərbaycan Xalq Cümhuriyyəti-100” başlıqlı sərgidə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” (I və II cild), “Azərbaycanın Paris Sülh Konfransındakı elçiləri”, “İstiqlalın əzablı yolu”, “Azərbaycan Cümhuriyyəti”, “İstiqlal yürüşü-1918”, “Azərbaycan Demokratik Respublikası 1918-1920” və digər kitablar nümayiş olunur.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixindən bəhs edən və müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən yazılar ziyarətçilərə təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə